"Barselona" beş müdafiəçidən ibarət qısa siyahı tərtib edib və Hansi Flik Niko Şlotterbekə üstünlük verir.
Lent.az-ın xarici mətbuata istinadla məlumatına görə, "Barselona" hazırda 2026-cı ildə İniqo Martinesi əvəz etmək üçün beş mərkəz müdafiəçisi variantını nəzərdən keçirir.
Hansi Flikin ən çox axtarılan oyunçusu Dortmund "Borussiya”sının müdafiəçisi Niko Şlotterbekdir. O, alman futbolçunun Pau Kubarsi üçün ideal tərəfdaş ola biləcəyinə inanır.
Lakin Şlotterbekin maaş tələbləri "Barselona"nın yaxın gələcəkdə onu transfer etməsini çətinləşdirə bilər.

Dortmundlu oyunçudan əlavə, “Barselona” gələn il azad agent olacaq "Kristal Pelas"ın müdafiəçisi Mark Qehi ilə də maraqlanır.
"Bavariya"nın müdafiəçisi Dayot Upamekanonu da "Barselona" rəhbərliyi bəyənir. Qonsalo İnasio və 17 yaşlı "Nant"ın mərkəz müdafiəçisi Tilel Tati isə "Barselona"nın mərkəz müdafiəçisi mövqeyinə namizədlər arasındadır.