İspaniya Superkubokunun qalibi müəyyənləşib.
Lent.az xəbər verir ki, həlledici qarşılaşmada “Real” və “Barselona” klubları üz-üzə gəlib.
Səudiyyə Ərəbistanının Ər-Riyad şəhərindəki Kral Fahd Stadionunda baş tutan matç gərgin keçib.
Oyunda 3:1 hesabı ilə sevinən tərəf Kataloniya təmsilçisi olub.
Qolları Qavi, Levandovski və Pedri vurub.
"Real"da son dəqiqələrdə Benzema fərqlənib.