“Napoli”nin baş məşqçisi olan 63 yaşlı italiyalı mütəxəssis Luçano Spaletti İtaliya çempionatının 3-cü turunun “Fiorentina” ilə görüşündən (0:0) sonra az qala möhtəşəm qalmaqalın mərkəzinə düşəcəkdi.
Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, oyun boyu Luçiano azarkeşlərdən həm özü, həm də ailəsi haqqında xoşagəlməz ifadələrə qulaq asmalı olub. Oyun başa çatdıqdan sonra Spalletti azarkeşlərdən birinin yanına gedib, emosional jestlər edib, emosiyalarını canlı ifadə edib.
Tribunadakı azarkeşlə söhbətində hətta italiyalı mütəxəssisin başına bir şüşə içməli su atıblar. Bu, onun başına dəyib, lakin buna baxmayaraq, Luçano dialoqunu davam etdirib. Spaletti üzünü döndərib getdiyi anda onun üzünə vurmaq istəsə də, çata bilməyib.
Xatırladaq ki, üç oyunda yeddi xal toplayan "Napoli" İtaliya çempionatının turnir cədvəlində birinci yeri tutur. Eyni xal sayı “Napoli” istisna olmaqla, daha beş komandada var – “Milan”, “Latsio”, “Atalanta”, “Torino” və “Roma”.