Azarın “azarı” nədir?
05 iyun 2022 05:25 (UTC +04:00)

Azarın “azarı” nədir?

Belçika millisinin futbolçusu Eden Azarın durumuna aydınlıq gəlib.

Lent.az Apasport.az saytına istinadən xəbər verir ki, yığmanın baş məşqçisi Roberto Martines Millətlər Liqasının Niderlandla matçında (1:4) zədələnən oyunçunun vəziyyətini şərh edib.

O bildirib ki, hücumçunun ciddi problemi yoxdur: “O, ümumiyyətlə ağrı hiss etmirdi. Hər şey yaxşıdır. Bütün əlamətlər müsbətdir”.

Qeyd edək ki, Eden start heyətində meydana çıxdığı matçın ikinci hissəsinin əvvəlində əvəzlənib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2310
avatar

Oxşar yazılar