"Arsenal" autsayderə son anda  qalib gəldi
14 dekabr 2025 02:23 (UTC +04:00)

"Arsenal" autsayderə son anda qalib gəldi

0

İngiltərə Premyer Liqasında 16-cı turun oyunları davam edir.

Lent.az xəbər verir ki, lider "Arsenal" autsayder "Vulverhempton"u qəbul edib.

"Topçular" "canavarlar"ın öhdəsindən çətinliklə gəliblər.

Belə ki, 70-ci dəqiqədə avtoqol sayəsində meydan sahibləri irəli çıxsalar da, 90-cı dəqiqədə hesab bərabərləşib. London klubu qələbə qolunu yalnız 90+4-cü dəqiqədə vurmağı bacarıb.

Bu nəticədən sonra "Arsenal" xallarını 36-ya çatdıraraq zirvədə qalıb. "Vulverhempton" isə aktivindəki 2 xalla sonuncu - 20-ci pillədə qərar tutub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 284

Oxşar yazılar