Ançelotti Neymarla bağlı yekun qərarını  verdi
19 may 2026 03:26 (UTC +04:00)

Ançelotti Neymarla bağlı yekun qərarını verdi

0

"Santos"un hücumçusu Neymar Braziliya milli komandasının baş məşqçisi Karlo Ançelottinin 2026-cı il dünya çempionatı üçün təqdim etdiyi iştirak ərizəsinə salınmış futbolçular arasında yer alıb.

Lent.az bu barədə championat.com-a istinadən xəbər verir.

Neymar vurduğu qolların sayına görə Braziliya millisinin rekordçusudur. Onun aktivində 79 qol var. O, Braziliyanın əsas komandasında 2010-cu ildən bəri çıxış edir.

Qeyd edək ki, dünya çempionatının qrup mərhələsində Ançelottinin rəhbərliyi altında Braziliya millisi Mərakeş, Haiti və Şotlandiya komandaları ilə qarşılaşacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 170

Oxşar yazılar