Türkiyə millisinin futbolçusu Okay Yokuşlu klubunu dəyişə bilər.
Apasport.az saytının məlumatına görə, "Selta"da çıxış edən yarımmüdafiəçi "Sevilya"nın maraq dairəsindədir.
Əndəlüs klubu mövsümün sonunda 26 yaşlı orta sahə oyunçusunu heyətinə qatmaq niyyətindədir. "Sevilya"nın idman direktoru Ramon Monçi bununla bağlı danışıqlara artıq start verib. O, ilk görüşdə "Selta"ya 40 milyon avro təklif edib.
Okay Yokuşlu "Selta"ya 2018-ci ilin yayında "Trabzonspor"dan keçib.