Fransada bir sıra futbol turnirləri dayandırılıb.
Apasport.az saytının məlumatına görə, bu barədə qərarı Fransa Futbol Federasiyası (FFF) verib.
Koronavirus pandemiyası üzündən tətbiq olunan karantini nəzərə alan qurum bəzi yarışların dekabrın 1-dək dayandırılmasını məqsədəuyğun sayıb. Fransa kuboku, çempionatın aşağı liqaları, həmçinin qadınların bir neçə turnirində məcburi fasilə yaranıb.
FFF Liqa1-in davam etdirilməsinə qərar verib. Oyunların azarkeşsiz keçirildiyini nəzərə alan federasiya yüksək dəstəni dayandırmamağı lazım bilib.
Qeyd edək ki, Fransada ötən mövsüm də koronavirusun qurbanı olub. Yarımçıq dayandırılan çempionat davam etdirilmədən yekunlaşdırılıb.