Azərbaycan çempionatı dayandırılır? - AÇIQLAMA
16 oktyabr 2020 10:35 (UTC +04:00)

Azərbaycan çempionatı dayandırılır? - AÇIQLAMA

“Əgər Operativ Qərargahdan futbolla bağlı hər hansı bir qadağa qoyularsa, o zaman dövlətin qanunlarına əməl etməyə məcbur olacağıq”.

Bunu apasport.az saytına Peşəkar Futbol Liqasının (PFL) prezidenti Ramin Musayev deyib.

Son günlər Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxma hallarında kəskin artım müşahidə olunduğundan, mövcud sanitar-epidemioloji vəziyyət nəzərə alınaraq, xüsusi karantin rejimi çərçivəsində bir sıra məhdudiyyətlərin tətbiq olunmasına qərar verilib.

PFL rəhbəri Nazirlər Kabineti yanında Operativ Qərargahdan idmanla bağlı hansısa qadağanın yaxın günlərdə tətbiq ediləcəyinə inanmadığını söyləyib: “Açığı, futbolla bağlı məhdudiyyətə inanmıram. Çünki qarşıda avrokubok oyunları var. Hər şey vəziyyətdən asılı olacaq. Təbii ki, insanların sağlamlığı ən vacib məqamdır. Bizim nəsə deməyimizlə və ya müzakirə etməyimizlə heç nə həll olmur. Bu gün bütün təhsil müəssisələrinin, metropolitenin fəaliyyətinin dayandırılması qərara alındı. Futbol təhsil müəssisəsindən heç də önəmli deyil. Əgər idmanla bağlı qadağa tətbiq olunsa, o zaman çempionatı dayandırmalı olacağıq. Bu gün bütün dünyada koronavirusla bağlı vəziyyət çox gərgindir. Güclü dalğaya oxşayır. Bizə ilk növbədə insanların sağlamlığı lazımdır. Lazım olarsa, çempionatı dayandırarıq. Amma yaxın zamanda gözlənilmir”.

Musayev həmçinin “Qarabağ”ın Avropa Liqasının qrup mərhələsində oktyabrın 29-da İspaniya klubu “Vilyarreal”la matçının Bakıda keçiriləcəyinə inandığını deyib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 691
avatar

Oxşar yazılar