Malayziyanın “Johor Darul Tazim” futbol klubu ölkə çempionatlarında ən uzun məğlubiyyətsiz seriyaya görə dünya rekordu müəyyənləşdirib.
Lent.az xəbər verir ki, komanda 2026/2027 mövsümünün ilk turunda “Kuçinq”i 3:0 hesabı ilə məğlub edib.
Bu qarşılaşma “Johor Darul Tazim”in ölkə çempionatında ardıcıl 109-cu məğlubiyyətsiz oyunu olub. Klub son dörd mövsümdə Malayziya çempionu olub və 2021-ci ilin aprelindən bəri liqada məğlubiyyət yaşamayıb.
Malayziya təmsilçisi bununla Fil Dişi Sahilinin “ASEC Mimozas” klubunun rekordunu geridə qoyub. “ASEC Mimozas” 1989-1994-cü illər arasında ölkə çempionatında ardıcıl 108 oyun məğlub olmayıb.
