Çempionlar Liqası istefa ilə başlayır
Futbol üzrə Çempionlar Liqasının qrup mərhələsi başlar-başlamaz ilk baş məşqçi istefası reallaşıb.
Lent.az-ın “Goal.com”a istinadən verdiyi məlumata görə, Timur Ketsbaya Yunanıstanın “Olimpiakos” klubunun sükanını tərk edib.
Gürcüstan milli komandasının sabiq futbolçusu “Olimpiakos”a 2009-cu ilin mayında baş məşqçi təyin olunub. Yunanıstan çempionatının ilk turunda onun artıq sabiq komandası “Larissa”nı 2:0 hesabı ilə yenib. Sentyabrın 6-da keçirilən yoldaşlıq görüşündə isə “Olimpiakos” “Erqotelis”ə 0:5 hesabı ilə uduzub. Bu məğlubiyyət azarkeşlərin narazılığı ilə qarşılanıb. Onlar sevimli komandalarının ölkə çempionatında “Kavala” ilə 0:0 hesablı heç-heçə etdiyi oyunun gedişində Ketsbayanın istefasını tələb ediblər.
Nəticədə 41 yaşlı mütəxəssis qarşılıqlı razılıq əsasında klubla müqaviləsini pozub. Onun əvəzinə müvəqqəti olaraq, bosniyalı Bojidar Bandoviç təyin olunub. “Olimpiakos” Çempionlar Liqasında ilk görüşünü sentyabrın 16-da Hollandiyanın AZ komandası ilə keçirəcək. Bu oyuna Yunanıstan klubunu məhz Bandoviç hazırlaşdıracaq.
Qeyd edək ki, Ketsbaya “Olimpiakos”dan öncə Kiprin “Anortosis” komandasına başçılıq edib. Onun rəhbərliyi altında “Anortosis” ötən mövsüm Kipr tarixində ilk dəfə Çempionlar Liqasının qrup mərhələsinə yüksəlib.

741