Çempionlar Liqası: “Bursaspor”a 55:0 yox, 3 xal yetər
02 noyabr 2010 18:50 (UTC +04:00)

Çempionlar Liqası: “Bursaspor”a 55:0 yox, 3 xal yetər

Lent.az-ın məlumatına görə, Türkiyənin turnirdəki yeganə təmsilçisi “Bursaspor” İngiltərənin “Mançester Yunayted” klubunu qəbul edəcək.

Bursa şəhərindəki “Atatürk” stadionunda oynanılacaq qarşılaşmanı almaniyalı baş hakim Volfqanq Ştark idarə edəcək. Oktyabrın 20-də bu komandalar arasında “Old Trafford” stadionunda keçirilmiş görüş “Mançester Yunayted”in qələbəsi ilə nəticələnib – 1:0. 3 turdan sonra “Mançester Yunayted” 7 xalla C qrupunun lideridir. “Bursaspor” isə xalsızdır. Hətta qələbə qazansa belə, Türkiyə çempionu qrupda sonuncu pillədən qurtula bilməyəcək. Bununla belə, baş məşqçi Ərtuğrul Sağlamın komandası növbəti mərhələyə yüksəlmək üçün qalan 3 oyuna qələbə üçün çıxmalıdır. Əks halda, “Bursaspor” hətta qrup 3-cüsü kimi Avropa Liqasının 1/16 final mərhələsinə vəsiqə şanslarını itirə bilər.

Bu günkü oyuna meydan sahibləri itkisiz çıxacaqlar. Əvəzində Rio Ferdinand, Ueyn Runi, Conni Evans, Qari Nevil, Rayan Giqqz, Federiko Maçeda və Anderson “Mançester Yunayted”ə kömək edə bilməyəcəklər.

Oyun öncəsi mətbuat konfransında “Bursaspor”un baş məşqçisi Ərtuğrul Sağlam bu matçı qələbə qazanmaq üçün bir fürsət kimi dəyərləndirib: “Dünya nəhəngi ilə qarşılaşacağıq. Çətin olacaq, amma qalib gəlmək istəyirik”.

Onun rəqib həmkarı Aleks Ferqyuson isə heyətdəki itkilərə baxmayaraq, oyun baxımından problemlərinin olmadığını açıqlayıb. Təcrübəli mütəxəssis bildirib ki, “Bursaspor”a qarşı fərqli planları var. Hətta o, zarafatla “Məncə, hesab 55:0 “Bursaspor”un xeyrinə olacaq” deməyi də unutmayıb.

A qrupu

“Tottenhem” (İngiltərə) – “İnter” (İtaliya)

Baş hakim: Viktor Kaşşai (Macarıstan)

“Verder” (Almaniya) – “Tvente” (Hollandiya)
Baş hakim: Alan Hamer (Lüksemburq)

S

Komandalar

O

Q

H

M

T

X

1.

“İnter”

3

2

1

0

10-5

7

2.

“Tottenhem”

3

1

1

1

9-7

4

3.

“Tvente”

3

0

2

1

4-7

2

4.

“Verder”

3

0

2

1

3-7

2



B qrupu

“Hapoel” (Təl-Əviv, İsrail) – “Şalke 04” (Almaniya)

Baş hakim: Frank De Blekere (Belçika)

“Benfika” (Portuqaliya) – “Lion” (Fransa)
Baş hakim: Kreyq Tomson (Şotlandiya)

S

Komandalar

O

Q

H

M

T

X

1.

“Lion”

3

3

0

0

5-1

9

2.

“Şalke 04”

3

2

0

1

5-2

6

3.

“Benfika”

3

1

0

2

2-4

3

4.

“Hapoel”

3

0

0

3

2-7

0



C qrupu

“Valensiya” (İspaniya) – “Reyncers” (Şotlandiya)
Baş hakim:
Feliks Brıx (Almaniya)

“Bursaspor” (Türkiyə) – “Mançester Yunayted” (İngiltərə)
Baş hakim: Volfqanq Ştark (Almaniya)

S

Komandalar

O

Q

H

M

T

X

1.

“Mançester Y”

3

2

1

0

2-0

7

2.

“Reyncers”

3

1

2

0

2-1

5

3.

“Valensiya”

3

1

1

1

5-2

4

4.

“Bursaspor”

3

0

0

3

0-6

0



D qrupu

“Rubin” (Rusiya) – “Panatinaikos” (Yunanıstan)

Baş hakim: Toni Şapron (Fransa)

“Kopenhagen” (Danimarka) – “Barselona” (İspaniya)
Baş hakim: Pavel Balay (Rumıniya)

S

Komandalar

O

Q

H

M

T

X

1.

“Barselona”

3

2

1

0

8-2

7

2.

“Kopenhagen”

3

2

0

1

3-2

6

3.

“Rubin”

3

0

2

1

1-2

2

4.

“Panatinaikos”

3

0

1

2

1-7

1



Bakı vaxtı ilə saat 21:30-da başlanacaq “Rubin” – “Panatinaikos” matçı istisna olmaqla, qalan oyunların start fiti saat 23:45-də çalınacaq.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 635

Oxşar yazılar