 
                            
                        Arda əməliyyat olunacaq
                                    
                                    
                                    0
                                
                                
                                    
                                    
                                    0
                                
                            
                                Lent.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, əməliyyat Almaniyada doktor Ulrike Muşavek tərəfindən aparılacaq. Arda “ay-ulduzlular”ın Almaniyanın Berlin şəhərində keçirdiyi təlim-məşq toplantısını şiddətli qasıq ağrıları nəticəsində tərk edərək, İstanbula qayıdıb. Oktyabrın 8-də Almaniya ilə 2012-ci il Avropa çempionatının seçmə qrup matçını buraxan yarımmüdafiəçi bundan 4 gün sonra Azərbaycanla Bakıdakı görüşdə də iştirak etməyəcək. 
Tibbi müayinə nəticəsində 23 yaşlı futbolçunun qasıq nahiyənin sağ tərəfində yırtıq aşkarlanıb. İlkin məlumatlara əsasən, Arda 4 ayadək yaşıl meydanlardan kənarda qalacaq.
                            
                            
                            Tibbi müayinə nəticəsində 23 yaşlı futbolçunun qasıq nahiyənin sağ tərəfində yırtıq aşkarlanıb. İlkin məlumatlara əsasən, Arda 4 ayadək yaşıl meydanlardan kənarda qalacaq.
                                            
                                            
                                            0
                                        
                                        
                                            
                                            
                                            0
                                        
                                     
                 
    