"Messi ilə problemim yoxdur" – Qrizmann
24 noyabr 2020 18:36 (UTC +04:00)

"Messi ilə problemim yoxdur" – Qrizmann

Kataloniya “Barselona”sının və Fransa millisinin hücumçusu Antuan Qrizmann komandanın lideri Lionel Messi ilə münasibətlərinin pis olması ilə bağlı informasiyalara münasibət bildirib.

Lent.az-ın i KİV-ə istinadla verdiyi xəbərə görə, Qrizmann mediaya bu cür informasiyaların haradan verildiyini bilmir.

“Mənim nə Messi, nə də “Barselona”nın istənilən digər oyunçuları ilə heç bir problemim yoxdur. Messi ilə münasibətim çox yaxşıdır. Bizim məqsədimiz komandanın qalib gəlməsinə kömək etməkdir”, - Qrizmann vurğulayıb. 

Bundan əvvəl Messi və Qrizmann arasında münasibətin gərgin olması haqda məlumatlar yayılıb. 

 

# 2278
avatar

Oxşar yazılar