“Şrek”in dostu öldü
05 yanvar 2025 12:01 (UTC +04:00)

“Şrek”in dostu öldü

“Şrek” cizgi film seriyasındakı uzunqulaq personajının prototipi olan “Perri” ölüb.

Lent.az-ın xəbərinə görə, bu barədə ABŞ-ın Kaliforniya ştatının Palo Alto şəhərində eşşəklərə qulluq edən “Barron Park” paylaşım edib.

Qeyd edilib ki, “Perri “Şrek” filmindəki uzunqulaq personajının hərəkət modeli kimi töhfələri ilə Berron-Park icmasının və onun hüdudlarından kənarda insanların qəlbini fəth etmişdi.

Eşşək laminit xəstəliyindən – dırnaq buynuzu ilə dırnaq sümüyü arasında yerləşən həssas yumşaq toxumanın (laminanın) iltihabından əziyyət çəkirib. Perrinin çəkdiyi dözülməz ağrılar səbəbindən ona evtanaziya etmək məcburiyyətində qalıblar. Personal ağrını yüngülləşdirmək üçün akupunktura, lazer terapiyası və masaj daxil olmaqla bir çox üsul sınasa da, bu həftənin əvvəlində onun durumunun yaxşılaşmadığı aydın olub.

Qeyd edək ki, uzunqulaq ilk hissəsi 2001-ci ildə çıxmış “Şrek” franşizasındakı eyniadlı baş qəhrəman olan yaşıl divin ən yaxın dostudur. Cizgi filmi 487 milyon dollar qazanc gətirib və “DreamWorks Animation” studiyasını böhrandan xilas edib.

2010-cu ildə Şrek Hollivudun Şöhrət xiyabanında ulduz alıb. 2020-ci ildə cizgi filmi ABŞ-nin əhəmiyyətli filmlər reyestrinə daxil edilib. 2024-cü ildə studiya hekayənin davam edəcəyi barədə  anons verib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3163

Oxşar yazılar

Pişiklər  qisas alırmı?   - Bu 4 jest diqqətinizdən yayınmamalıdır

Pişiklər qisas alırmı? - Bu 4 jest diqqətinizdən yayınmamalıdır

12 aprel 2025 , 10:17
İtin eşitmə qabiliyyətini itirməsinə səbəb olan 3 SƏS

İtin eşitmə qabiliyyətini itirməsinə səbəb olan 3 SƏS

7 aprel 2025 , 14:26
İtlərin maraqlı və təəccüblü VƏRDİŞLƏRİ

İtlərin maraqlı və təəccüblü VƏRDİŞLƏRİ

5 aprel 2025 , 12:37
İnsanlar pişikləri necə evciləşdiriblər – Maraqlı Faktlar

İnsanlar pişikləri necə evciləşdiriblər – Maraqlı Faktlar

3 aprel 2025 , 11:41
İnsanlara ən yaxın dost olan HEYVANLAR

İnsanlara ən yaxın dost olan HEYVANLAR

2 aprel 2025 , 13:24
Pişiklər niyə qəfil quru yeməkdən  imtina edirlər?

Pişiklər niyə qəfil quru yeməkdən imtina edirlər?

29 mart 2025 , 13:34
Ən uzunömürlü 8 İt Cinsi

Ən uzunömürlü 8 İt Cinsi

27 mart 2025 , 12:11
Pişiklər nədən qorxur?

Pişiklər nədən qorxur?

25 mart 2025 , 13:01