Bu adada insanlardan daha çox vəhşi pişik var
03 fevral 2026 10:42 (UTC +04:00)

Bu adada insanlardan daha çox vəhşi pişik var

0

Yaponiyanın Seto Daxili dənizində yerləşən kiçik Aosima adasında pişiklərin sayı insanlardan dəfələrlə çoxdur. Bir vaxtlar balıqçı kəndi kimi tanınan bu ada indi turistlərin birgünlük dəniz səfərləri üçün maraqlı məkanına çevrilib.

Lent.az xəbər verir ki, Aosima həm də “Pişik adası” kimi məşhurdur.

Yapon mediasının məlumatına görə, adada cəmi altı nəfər insan yaşayır və onlar təxminən 100-ə yaxın pişiyə qulluq etməyə kömək edir.

Maraqlıdır ki, pişiklər adaya XX əsrdə gətirilib. O dövrdə kənd sakinləri sardina ovçuluğu ilə məşğul olurdu və gəmiricilərə qarşı mübarizə üçün pişiklərdən istifadə edilirdi. Lakin zamanla pişiklər adada qalıb sürətlə çoxaldı. Balıqçılıq sənayesinin zəifləməsi və insanların materikə köçməsi nəticəsində isə adanın insan əhalisi kəskin azaldı.

2023-cü ildə aparılan genetik tədqiqatların nəticələri göstərib ki, Aosima pişikləri ətraf bölgələrdəki liman şəhərlərində yaşayan pişiklərdən genetik xüsusiyyətlərinə görə əhəmiyyətli dərəcədə fərqlənir. Araşdırma zamanı məlum olub ki, bu adadakı pişiklərdə O allelinin tezliyi Yaponiyada müşahidə edilən ən yüksək göstəricilərdən biridir. Alimlərin fikrincə, bu, ilkin mərhələdə adaya gətirilən pişiklər arasında həmin allelin daşıyıcılarının çox olması ilə bağlıdır. Bu hal adada narıncı və tısbağa rəngli pişiklərin sayının niyə çox olduğunu da izah edə bilər.

2018-ci ildə pişiklərin sayını azaltmaq məqsədilə kütləvi sterilizasiya proqramına start verilib. Mütəxəssislər hesab edir ki, insan dəstəyi olmadan bu qədər çox pişiyin adada yaşaması və qidalanması çətin olardı.

Yaponiyada diqqət çəkən digər canlılar da var. Məsələn, yapon makakları isti bulaqlarda yalnız isinmək üçün çimmir. Yeni araşdırmalar göstərir ki, bu çimmələr onların bədənində yaşayan mikroorqanizmlərin tərkibini də dəyişir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 286

Oxşar yazılar