Gəncəyə güclü yağış yağıb.
Lent.az-ın xəbərinə görə, bu gün saat 16:00 radələrində güclü yağış yağmağa başlayıb.
Nəticədə bir neçə küçəyə yağış suları gəlib. Yağış suları səbəbindən avtomobillərin və insanların hərəkətində çətinliklər yaranıb. Hazırda yağış davam edir.
Qeyd edək ki, Qərb rayonlarında yağışlı hava şəraiti davam edir.
Fuad Nazimoğlu