Ən çox qar düşən ərazilər açıqlandı
14 yanvar 2024 15:37 (UTC +04:00)

Ən çox qar düşən ərazilər açıqlandı

9

Milli Hidrometeorologiya Xidmətinin yanvarın 14-ü saat 15:00-a olan məlumatına əsasən əvvəlcədən xəbər verildiyi kimi, ölkə ərazisində yağıntılı hava şəraiti davam edir, hazırda bəzi ərazilərə qar yağır.

Xidmətdən Lent.az-a verilən məlumata görə, ən çox qar Cənub bölgəsində müşahidə olunur. 

Hazırda qarın hündürlüyü  Lənkəranda  52 sm, Biləsuvarda  45 sm, Lerikdə  40 sm, Yardımlıda 35 sm, Göytəpədə 33 sm, Astarada 32 sm-dir.

Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 1 dərəcəyə yaxın, Naxçıvan MR-da 3 dərəcəyədək şaxta, Aran rayonlarında 2 dərəcəyədək şaxta, dağlıq rayonlarda 7 dərəcəyədək şaxta, yüksək dağlıq ərazilərdə  isə 10  dərəcəyədək şaxta müşahidə olunur.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
9
# 22540

Oxşar yazılar