Zibil atmaq üçün evdən çıxdı, Kürdə meyiti tapıldı
07 aprel 2021 11:33 (UTC +04:00)

Zibil atmaq üçün evdən çıxdı, Kürdə meyiti tapıldı

Mingəçevirdə meyiti tapılan şəxsin kimliyi məlum olub.

APA-nın yerli bürosunun xəbərinə görə, həmin şəxs 16 yaşlı Abbasov Ruslan Məhərrəmov oğludur. 

Qeyd edək ki, Mingəçevir şəhər 9 saylı orta məktəbin 10-cu sinif şagirdi Ruslan Abbasov martın 4-də yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb.

R. Abbasovun atası Məhərrəm Abbasov həmin vaxt bildirmişdi ki, oğlu M. Ə. Sabir küçəsi 6 ünvanında yaşadıqları evdən məişət tullantılarını atmaq məqsədilə çıxıb. Bu zaman nə mobil telefonunu, nə də daim istifadə etdiyi eynəyi belə götürməyib. 

***

09:02

Mingəçevirdə naməlum kişi meyiti tapılıb.

APA-nın Mingəçevir bürosunun məlumatına görə, kişi meyiti Kür çayında aşkar edilib.

Kimliyi hələlik məlum olmayan meyit sahilə çıxarılıb. Faktla bağlı şəhər Prokurluğunda araşdırma başlanıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2223
avatar

Oxşar yazılar