Zərdabda avotomobil ağaca çırpıldı: Ölən və yaralanan var
06 dekabr 2023 11:10 (UTC +04:00)

Zərdabda avotomobil ağaca çırpıldı: Ölən və yaralanan var

Zərdabda avtomobil qəzası baş verib.

Lent.az-ın məlumatına görə, hadisə Zərdab şəhəri, Məlik Məhərrəmov küçəsi ilə Füzuli küçəsinin kəsişməsində qeydə alınıb.

Belə ki, Zərdab rayonunun Qaravəlli kəndində yaşayan Umarov Əmrah Vüqar oğlu idarə etdiyi "VAZ-2107" markalı avtomobillə idarəetməni itirərək yol kəsişməsində olan ağaca çırpılıb. 

Nəticədə sərnişin Əliyev Raul Əziz oğlu hadisə yerində aldığı xəsarətlərdən ölüb, sürücü isə müxtəlif dərəcəli xəsarətlərlə Zərdab Rayon Mərkəzi Xəstəxanasına müraciət edib.

Faktla bağlı cinayət işi başlanıb, istintaq aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3378
avatar

Arzu Qurbanlı

Oxşar yazılar