Zaqataladakı dəhşətli qəzadan sağ çıxan uşaqdan YENİ XƏBƏR
13 fevral 2024 12:34 (UTC +04:00)

Zaqataladakı dəhşətli qəzadan sağ çıxan uşaqdan YENİ XƏBƏR

Bir neçə gün əvvəl Zaqatalada baş verən dəhşətli qəzada xəsarət alan 11 yaşlı İbrahimin son durumu açıqlanıb.

Kliniki Tibbi Mərkəzdən Lent.az-a bildirilib ki, uşaq artıq özünə gəlib vəziyyəti stabildir. Buna görə də İbrahim reanimasiyadan palataya köçürülüb. 

Qeyd edək ki, fevralın 8-də Zaqatala şəhər sakini, əvvəllər Cinayət Məcəlləsinin 332.1-ci maddəsi ilə məhkum olunmuş, İbrahimov Emin Oqtay oğlu sürücülük hüququ olmadan, eləcə də etibarnaməsiz idarə etdiyi “Mercedes” markalı, 39-BB-320 dövlət qeydiyyat nişanlı avtomobillə Zaqatala rayonunun Göyəm kəndi ərazisində hərəkətdə olarkən sərt döngədə idarəetməni itirməsi nəticəsində yolun kənarı ilə gedən 2013-cü il təvəllüdlü 3 məktəblini vurub. 

Nəticədə azyaşlılardan Ramazan İsayev və Kamal Permadov hadisə yerində həyatlarını itirib, İbrahim İbrahimzadə isə xəsarətlə Bakıya gətirilib. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 14793
avatar

Arzu Qurbanlı

Oxşar yazılar