Zaqatalada  dönərdən zəhərlənənlərin  sayı 40-a çatdı - YENİLƏNİB
08 may 2024 00:12 (UTC +04:00)

Zaqatalada dönərdən zəhərlənənlərin sayı 40-a çatdı - YENİLƏNİB

Zaqatalada dönərdən zəhərlənənlərin sayı artıb.

Lent.az-ın məlumatına görə, axşam saatlarından başlayaraq toyuq dönəridən zəhərlənərək Zaqatala Rayon Mərkəzi Xəstəxanasının təcili yardım şöbəsinə müraciət edənlərin sayı 40-a çatıb.

Zəhərlənmə əlamətləri ilə müraciətlər davam edir.

***

07.05.2024

Saat 22:50

Zaqatalada dönərdən zəhərlənənlərin sayı durmadan artır. 

Lent.az-ın əldə etdiyi məlumata görə, xəstəxanaya müraciət edənlərin sayı həddən artıq çoxdur. Artıq 30-dan çox müraciət var. Müraciət edənlərin çoxu azyaşlılardır. 

***

Saat 21:28

Zaqatalada dönərdən zəhərlənənlərin sayı 15-ə çatıb.

Lent.az xəbər verir ki, zəhərlənən şəxslər Zaqatala RMX-a daxil olub.

Müraciət edənlərdən labarator müayinələr üçün müvafiq nümunələr götürülüb.

Daxil olan 15 nəfərdən 5-i azyaşlıdır.

***

Saat 20:45

Zaqatalada dönərdən zəhərlənənlərin sayı 10-u keçib.

Lent.az APA-ya istinadən xəbər verir ki, zəhərlənənlərin hamısının toyuq ətindən hazırlanmış dönər yediyi məlum olub.

Zəhərlənənlər arasında tələbələrdə var.

Qeyd olunub ki, Azərbaycan Müəllimlər İnstitutunun Zaqatala filialınında iki tələbəsinin də toyuq ətindən hazırlanmış dönərdən zəhərlənərək Zaqatala RMX-a müraciət ediblər.

Əldə olunan məlumata görə, zəhərlənən şəxslər Zaqatala şəhərinin müxtəlif dönərxanalarında hazırlanmış dönərlərdən istifadə ediblər.

Faktla bağlı müvaviq qrumlar tərəfindən araşdırmalara başlanılıb.

***

Saat 18:21

Zaqatalada ana və iki övladı dönərdən zəhərlənib.

Lent.az-ın APA-ya istinadən məlumatına görə, axşam saatlarında rayonun Mosul kənd sakini, 37 yaşlı Aynur Məmmədova və onun iki övladı - 15 yaşlı Ravil Məmmədov və 12 yaşlı Ruslan Məmmədov zəhərlənmə əlamətləri ilə Zaqatala Rayon Mərkəzi Xəstəxanasına (RMX) müraciət ediblər.

Müayinə və aparılan araşdırma zamanı ana və iki övladının dönər yedikdən sonra səhhətlərində narahatlıq yarandığı məlum olub. Hazırda Zaqatala RMX-da onlara tibbi yardım göstərilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 25128
avatar

Oxşar yazılar

Samuxda "QAZ-53" minik maşını ilə toqquşdu: Ölən var

Samuxda "QAZ-53" minik maşını ilə toqquşdu: Ölən var

22 noyabr 2024 , 21:16
Bakıda evdən qadın meyiti  tapıldı

Bakıda evdən qadın meyiti tapıldı

22 noyabr 2024 , 19:20
Şəhər Polis İdarəsinin keçmiş rəisi həbs olundu

Şəhər Polis İdarəsinin keçmiş rəisi həbs olundu

22 noyabr 2024 , 18:02
Saxladığı şəxsi qəddarcasına döyən polisə belə cəza verildi

Saxladığı şəxsi qəddarcasına döyən polisə belə cəza verildi

22 noyabr 2024 , 17:36
Bakı həbsxanasında ÖLÜM

Bakı həbsxanasında ÖLÜM

22 noyabr 2024 , 17:10
Bakıda küçədən kişi meyiti tapıldı

Bakıda küçədən kişi meyiti tapıldı

22 noyabr 2024 , 16:31
Sürücüdən rüşvət alan yol polisləri  saxlanıldı

Sürücüdən rüşvət alan yol polisləri saxlanıldı

22 noyabr 2024 , 13:16
Abşeronda kişini maşın vurub öldürdü

Abşeronda kişini maşın vurub öldürdü

22 noyabr 2024 , 11:45