Zaqatalada 20 yaşlı qızı maşın vurdu
10 iyul 2022 23:45 (UTC +04:00)

Zaqatalada 20 yaşlı qızı maşın vurdu

Zaqatalada piyada keçidinin yaxınlığında 20 yaşlı qızı maşın vurub.

Lent.az xəbər verir ki, hadisə axşam saat 22 radələrində Yevlax-Zaqatala-Gürcüstan sərhəd magistiral yolunun Zaqatala şəhəri Bayraq Meydanı adlanan ərazisində baş verib.

Rayonun Göyəm kənd sakini, 2002-ci il təvəllüdlü Aysun Firuddin qızı Kudakova piyada keçidi yaxınlığında yolu keçmək istəyən zaman  hərəkətdə olan “Toyota” markalı 99 LZ 397 dövlət nömrə nişanlı minik avtomobili tərəfindən vurulub. 

Qəza zamanı müxtəlif dərəcəli bədən xəsarətləri alan A. Kudakova Zaqatala Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib, vəziyyəti orta-ağır qiymətləndirilir.

Vüqar Heydərov

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2022

Oxşar yazılar