Yolu keçən qadını maşın vurub öldürdü
22 aprel 2022 09:28 (UTC +04:00)

Yolu keçən qadını maşın vurub öldürdü

Ağdaşda ölümlə nəticələnən yol qəzası olub.

Lent.az xəbər verir ki, hadisə ötən gün saat 12 radələrində Ağdaş şəhəri Heydər Əliyev prospektində baş verib. Rayon sakini Məmmədov Yusif Tapdıq oğlu idarə etdiyi “Hyudani Sonata” markalı avtomobillə yolu keçməyə çalışan Kərimova Həqitət Novruz qızını vurub. O. Ağır xəsarətlərlə Mingəçevir şəhər Xəstəxanasına yerləşdirilib. Həkimlərin müdaxiləsinə baxmayaraq, o, saat 16 radələrində orada dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1650
avatar

Mehman Nəbiyev

Oxşar yazılar