Xəbər verdiyimiz kimi, fevralın 14-də saat 22 radələrində Yevlax rayonunun Salahlı kəndi ərazisində Bakı şəhər sakini A.Nəsibovaya məxsus evdə baş verib.
Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, yanğınla əlaqədar Yevlax rayon Polis Şöbəsi əməkdaşlarının apardığı araşdırmalarla hadisənin ev sahibəsinin qardaşı Aqilin qəsdən törətməsinə əsaslı şübhələr müəyyən edilib.
Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əvvəllər məhkum olunmuş A.Nəsibov saxlanılıb.
Araşdırma aparılır.
***
16.02.2022
Saat: 17:45
Yevlax rayonunun Salahlı kəndində fərdi yaşayış evində yanğın olub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupundan Lent.az-a verilən məlumata görə, məlumatla əlaqədar Yevlax rayon Polis Şöbəsinin əməkdaşları hadisə yerində olub, yanğın olan əraziyə baxış keçirib.
Fərdi yaşayış evinin qəsdən yandırılmasına dair şübhələr yarandığından polis əməkdaşları tərəfindən müvafiq araşdırmalara başlanılıb. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində fərdi yaşayış evini qəsdən yandırmaqda şübhəli bilinən həmin kənd sakini, əvvəllər məhkum edilmiş Aqil Nəsibov saxlanılıb.
Hazırda faktla bağlı Yevlax rayon Polis Şöbəsində cinayət işi başlanılıb və A.Nəsibov barəsində məhkəmənin qərarı ilə həbs-qətimkan tədbiri seçilib.
Aqil Nəsibov