Ölkə ərazisində axşam saatlarında başlayan güclü külək Yevlax rayonunda fəsadlar törədib.
Lent.az APA-ya istinadən xəbər verir ki, rayonun bir sıra yaşayış məntəqələrində ağacların aşması nəticəsində sakinlərə məxsus fərdi yaşayış evlərinin dam örtüklərinə və elektrik xətlərinə ziyan dəyib, Aran qəsəbə 1 saylı tam orta məktəbin binasının dam örtüyü uçub.
Elektrik təsərrüfatına ciddi ziyan dəyməsinin qarşısının alınması məqsədilə rayonun yaşayış məntəqələrində abonentlərin elektrik enerjisi ilə təchizatı dayandırılıb.
Hazırda dəyən ziyanın miqdarının müəyyən olunması üçün Yevlax Şəhər İcra Hakimiyyəti və Rayon Fövqəladə Hallar Komissiyası tərəfindən ərazilərə baxış keçirilir.