Yeni Vətəndaş Qəbulu Mərkəzinə necə getmək olar? -  CAVAB
29 mart 2022 14:21 (UTC +04:00)

Yeni Vətəndaş Qəbulu Mərkəzinə necə getmək olar? - CAVAB

Lent.az-ın “Bir sual, bir cavab” rubrikasında bugünki mövzusu Prezident Administrasiyasının yeni istifadəyə verilən Vətəndaş Qəbulu Mərkəzinə necə getməklə bağlıdır. 

Mart ayının 28-də Vətəndaş Qəbulu Mərkəzinin açılıb. Qeyd edək ki, mərkəzdə həm ilk dəfə qəbula gələn, həm də əvvəlcədən qəbula yazılan vətəndaşlar üçün iki qeydiyyat köşkü quraşdırılıb. Vətəndaşlar şəxsiyyət vəsiqəsi ilə qeydiyyatdan keçib müvafiq ardıcıllığa riayət etməklə qəbula yazıla və müraciət edə biləcəklər.

Bəs, ora necə getmək olar?

Bu barədə Lent.az-a Bakı Nəqliyyat Agentliyindən məlumat verilib. 

Belə ki, Bakı şəhəri, Nərimanov rayonu, Zaur Nudirəliyev küçəsi, 79 ünvanında yerləşən mərkəzə metronun "İnşaatçılar" stansiyasından 17, "N.Nərimanov" stansiyasından 24, "28 May" stansiyasından 27, "20 Yanvar" stansiyasından isə 211 nömrəli marşrut gedir.
Bundan başqa 2, 7A, 7B, 93 nömrəli müntəzəm marşrut xətləri üzrə hərəkət edən avtobuslar da Mərkəzin yaxınlığından keçir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 9714
avatar

Aytəkin Cəlali

Oxşar yazılar