Misirin paytaxtı Qahirə şəhərində yaşayış binasının çökməsi nəticəsində ölənlərin sayı 12-yə çatıb.
Lent.azxəbər verir ki, bu barədə Misirin Səda Əl-Balad telekanalı təhlükəsizlik xidmətindəki mənbəyə istinadən məlumat yayıb.
Məlumata görə, dağıntılar altından üç uşağın meyiti çıxarılıb. Daha əvvəl 8 nəfərin öldüyü bildirilirdi.
Hadisə paytaxtın şimal hissəsində yerləşən Hadaiq əl-Kobba bölgəsində baş verib. Hadisə yerinə xilasedicilər cəlb olunub və dağıntıları təmizlənməsi davam edir. Yaralılar yerli xəstəxanaya çatdırılıb.
Baş Prokurorluğun məlumatına görə, binanın çökməsi ilə bağlı 3 nəfər saxlanılıb. Onların arasında binanın birinci mərtəbəsinin sahibi də var. İlkin araşdırmaya görə ki, qəzaya səbəb evin birinci mərtəbəsindəki əsas divarlardan birinin uçması olub.
***
16.16
İyulun 17-də Qahirədə dördmərtəbəli yaşayış binası uçub.
Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, hadisə nəticəsində 8 nəfər ölüb, bir neçə nəfər yaralanıb.
Faciə Misir paytaxtının şimalındakı Hadaek əl-Kobba bölgəsindəki Makkavi küçəsində baş verib.
Dağıntılar nəticəsində azı 8 nəfər ölüb, yaralılar xəstəxanaya yerləşdirilib. .
Binanın uçmasının səbəbi hələ müəyyən edilməyib.