Qanunsuz balıq ovlayanlar saxlanılıb.
Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzindən Lent.az-a verilən məlumata görə, iyun ayının 15-də Neftçala şəhər sakini Babayev Elmar Əlisahib oğluna məxsus “bayda” tipli üzmə vasitəsinin Xızı rayonunun Giləzi qəsəbəsi istiqamətindən dənizə çıxaraq qanunsuz balıq ovu ilə məşğul olması barədə məlumat daxil olub.
Sahil Mühafizəsi tərəfindən müvafiq tədbirlər görülmüş, qeyd olunan istiqamətə sərhəd gözətçi gəmiləri göndərilmiş, texniki müşahidə avadanlıqları və radarlar vasitəsilə dənizə çıxan üzmə vasitələrinin hərəkəti nəzarətə götürülüb.
Dövlət sərhədinin gücləndirilmiş üsulla mühafizəsi təşkil olunaraq ərazidə əlavə sərhəd heyəti yerləşdirilərək, qanunsuz olaraq dənizə çıxmış üzmə vasitəsinin aşkar edilərək saxlanılması istiqamətində zəruri əməliyyat-axtarış tədbirləri həyata keçirilib. Nəticədə qeyd olunan qayığın dövlət sərhədini pozaraq Xəzər dənizinin Azərbaycan ərazi sularından 192 mil (355 km) məsafədə Rusiya Federasiyası və 211 mil (390 km) məsafədə Qazaxıstan sektorunda qanunsuz nərə cinsli balıqların ovu ilə məşğul olması müəyyənləşdirilib.
Əldə edilmiş məlumatlara əsasən Sahil Mühafizəsinin əməliyyat-axtarış qrupu tərəfindən Xızı rayonunun Giləzi qəsəbəsi yaxınlığında quruda və dənizdə xidmət təşkil edilib.
İyun ayının 19-da sааt 21:00-da həmin ərazidə aşkar edilən üzmə vasitəsi 3 nəfər heyət üzvü ilə birlikdə saxlanılıb. Qayığa baxış zamanı içərisində ovu qadağan olunmuş ümumi çəkisi 620 kq olan 106 ədəd nərə cinsli balıq aşkar edilib. Sахlаnılmış şəxslərin Astara rayon sakini 45 yaşlı Mirzəyev Bəhruz Abutalıb oğlu, Neftçala rayon sakinləri 58 yaşlı Əhmədov Raqib Novruz oğlu və 36 yaşlı Bəxtiyarov Xəyal Fərhad oğlu olmaları müəyyənləşdirilib.
Əməliyyat-axtarış tədbirləri zamanı qayığı sahildə qarşılamağa gəlmiş “Opel Astra” mаrkаlı və “Zil” mаrkаlı аvtоmоbillərdə üzmə vasitəsinin sahibi Babayev Elmar Əlisahib oğlu və digər 3 nəfər - Abşeron rayon sakinləri 23 yaşlı Mürşüdov Qismət İltifaq oğlu, 24 yaşlı Müştaqov Fərzalı Növcavan oğlu və 37 yaşlı İmaniyev Hövsət Pərvaz oğlu da saxlanılıblar.
Fаkt ilə bağlı Azərbaycan Baş Prokurorluğunun əməkdaşları ilə birlikdə əməliyyаt-istintaq tədbirləri dаvаm еtdirilir.
Qanunsuz ova çıxanlar