Postda saxlanılan maşın
28 dekabr 2021 10:58 (UTC +04:00)

Postda saxlanılan maşın

Xocavənddən 2 ton dəmir aparmaq istədi - FOTO

0

Xocavənd rayon Polis Şöbəsi əməkdaşlarının keçirdiyi tədbirlərlə rayonun Böyük Tağlar kəndi ərazisindəki nəzarət postunda “Mersedes” markalı yük avtomobilinə “saxla” işarəsi verilib.

Daxili İşlər Nazirliyi mətbuat xidmətinin Bərdə regional qrupundan Lent.az-a verilən məlumata görə, yoxlama aparılarkən sürücü Qazax rayon sakini Məzahir Abdullayevin rayon ərazisinə daxil olmaq üçün müvafiq icazəsinin olmadığı müəyyən edilib. Nəqliyyat vasitəsinə baxış zamanı çəkisi 2 tona yaxın dəmir qalıqları aşkarlanıb.

Hazırda faktla bağlı Xocavənd rayon Polis Şöbəsində araşdırmalar davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1677

Oxşar yazılar