Xızıda iki nəfər kanalda batdı  - YENİLƏNİB
02 sentyabr 2025 14:11 (UTC +04:00)

Xızıda iki nəfər kanalda batdı - YENİLƏNİB

0

Xızıda kanalda batan 2 nəfərdən birinin meyiti tapılıb.

Bu barədə Lent.az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Bildirilib ki, keçirilən axtarış tədbirləri nəticəsində su kanalında batanlardan birinin meyiti tapılaraq çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

Axtarışlar davam etdirilir.

Əlavə məlumat veriləcək.

***
07:37

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Taxtakörpü-Ceyranbatan su kanalının Xızı rayonunun Sitalçay kəndindən keçən hissəsində 2 nəfərin batması barədə ilkin məlumat daxil olub.

Lent.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, məlumatla əlaqədar Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunublar.

Əlavə məlumat veriləcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1156

Oxşar yazılar