Abşeronda intihar hadisəsi olub.
Lent.az-ın məlumatına görə, hadisə Xırdalan şəhərində baş verib. Heybətov Anar Yunis oğlu yaşadığı 10 mərtəbəli binadan özünü atıb.
O, aldığı xəsarətlərdən dünyasını dəyişib.
Onun sosial problemlərə görə özünü öldürdüyü bildirilir.
Faktla bağlı araşdırma aparılır. İntiharın dəqiq səbəbi araşdırma nəticəsində bilinəcək.