Xırdalanda kişi bir gecədə 4 maşının şüşəsini sındırdı
29 may 2024 12:53 (UTC +04:00)

Xırdalanda kişi bir gecədə 4 maşının şüşəsini sındırdı

Mayın 28-nə keçən gecə Xırdalan şəhəri ərazisində BMW markalı avtomobildən 4 ədəd yaddaş kartının oğurlanması barədə polisə məlumat daxil olub.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, Abşeron rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlində şübhəli bilinən Sahib Ağaquliyev saxlanılıb.

Onun həmin gecə Xırdalan şəhəri ərazisində “Hyundai”, “Chevrolet”, “Volkswagen”, “Kia” markalı 4 avtomobilin şüşələrini və bir ofisin giriş qapısını sındırması müəyyən olunub.

Araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2136
avatar

Oxşar yazılar