Abşeronda intihar baş verib.
Lent.az-ın məlumatına görə, hadisə Xırdalan şəhərində qeydə alınıb. Şəhər sakini, 42 yaşlı Zamiq Abışov yaşadığı evin həyətində özünü asıb. Onun asılmış meyitini ailə üzvləri aşkar edib.
İntiharın səbəbləri məlum deyil.
Faktla bağlı araşdırma aparılır.