Xəstəxanaya  müayinəyə gedən   polis mayoru öldü
03 aprel 2024 17:55 (UTC +04:00)

Xəstəxanaya müayinəyə gedən polis mayoru öldü

Cəlilabad rayonunda polis mayoru, 56 yaşlı Rasim Hümbətov vəfat edib. 

Lent.az İqtisadiyyat.az-a istinadla xəbər verir ki, o, Cəlilabad Rayon Mərkəzi Xəstəxanasında qəfil ürək çatışmazlığından dünyasını dəyişib. 

Səhhətində yaranan problemlərlə əlaqədar müayinə üçün xəstəxanaya yollanan R.Hümbətovun halı tibb müəssisəsinə çatanda qəfildən pisləşib.

Həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Cəlilabad Rayon Mərkəzi Xəstəxanasından bildirilib ki, aprelin 2-də saat 20:40-da pasiyent ürək nahiyəsində göynəmə, sancı şikayətləri ilə Təcili yardım şöbəsinə müraciət edib:

“Ona ilkin tibbi yardım göstərilsə də, qəflətən vəziyyəti pisləşdiyi üçün təcili reanimasiyaya yerləşdirilib. Pasiyentə zəruri tibbi yardım göstərilib, lakin həkimlərin səylərinə baxmayaraq, saat 21 radələrində ölüm halı qeydə alınıb”.

Qeyd edək ki, R.Hümbətov uzun müddət Cəlilabad Rayon Polis Şöbəsinin Passport-Qeydiyyat şöbəsinin rəisi vəzifəsində çalışıb. Son illər isə Cəlilabad Rayon Polis Şöbəsinin Göytəpə Şəhər Polis Bölməsində işləyib.

# 2553
avatar

Oxşar yazılar

Metroda sərnişin  qatar yoluna   düşdü, vəziyyəti...

Metroda sərnişin qatar yoluna düşdü, vəziyyəti...

19 aprel 2024 , 22:21
“Məclis.info”  saytının rəhbəri   həbs edildi

“Məclis.info” saytının rəhbəri həbs edildi

19 aprel 2024 , 19:30
Laçında  FACİƏ:   28 yaşlı gənc öldü

Laçında FACİƏ: 28 yaşlı gənc öldü

19 aprel 2024 , 18:43
Atası həbsdəki oğluna  narkotik   gətirdi

Atası həbsdəki oğluna narkotik gətirdi

19 aprel 2024 , 18:30
Axtarışda idi, Xırdalanda tutuldu

Axtarışda idi, Xırdalanda tutuldu

19 aprel 2024 , 18:01
Bakıda bank kartından oğurluq edənlər tutuldu

Bakıda bank kartından oğurluq edənlər tutuldu

19 aprel 2024 , 16:33
Abel Məhərrəmovu məhkəməyə verdilər

Abel Məhərrəmovu məhkəməyə verdilər

19 aprel 2024 , 16:30
Arvadına 22 bıçaq zərbəsi vuran Qaçay HƏBSDƏ ÖLDÜ

Arvadına 22 bıçaq zərbəsi vuran Qaçay HƏBSDƏ ÖLDÜ

19 aprel 2024 , 16:11