Nəsimi RPİ 19-cu PŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində iyunun 14-də Cavadxan küçəsində Abşeron rayon sakini Rza Abıyevə zor tətbiq edib mobil telefonunu almaqda şübhəli bilinən Saatlı rayon sakini Təməl Bədəlov saxlanılıb. Lent.az-ın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, faktla bağlı araşdırmalara başlanılıb.