Zərdabın 15 kəndi işıqsız qalıb
09 iyun 2014 16:54 (UTC +04:00)

Zərdabın 15 kəndi işıqsız qalıb

Güclü külək Zərdabın 15 yaşayış məntəqəsinə elektrik enerjisinin verilişində fasilə yaranmasına səbəb olub.

 

Zərdab Rayon Fövqəladə Hallar Komissiyasının sədri, rayon İcra Hakimiyyəti başçısının 1-ci müavini Allahverdi Səfərovun APA-nın yerli bürosuna verdiyi məlumata görə, dünən axşam saatlarında rayon ərazisində əsən qısa müddətli külək ciddi fəsadlar törədib.

 

Güclü külək rayonun İsaqbağı, Böyük Dəkkə, Qaravəlli və digər ərazilərdə yaşayış və yardımçı binaların dam örtüyünü uçurub, fərdi təsərrüfatlara ciddi ziyan vurub, elektrik dirəklərini aşırıb. Dünən axşam saatlarından rayonun 15 yaşayış məntəqəsinə elektrik enerjisinin verilişi müvəqqəti dayandırılıb. Hazırda rayonda enerjinin bərpası istiqamətində işlər aparılır.  A.Səfərov dəymiş ziyanın məbləği ilə bağlı dəqiq məlumat olmadığını, bu istiqamətdə də araşdırmalar aparıldığını deyib.

 

Qeyd edək ki, qısa müddətli külək nəticəsində Zərdab rayonunda xoşbəxtlikdən ölən və xəsarət alan olmayıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 600
avatar

Oxşar yazılar