Zəncirvari qəza Bakının əsas prospektində tıxac yaratdı - YENİLƏNİB
18 iyun 2014 10:44 (UTC +04:00)

Zəncirvari qəza Bakının əsas prospektində tıxac yaratdı - YENİLƏNİB

0
Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi Heydər Əliyev prospektində baş verən yol qəzası ilə bağlı sürücülərə müraciət edib.

 

Mərkəzdən APA-ya verilən məlumata görə, Heydər Əliyev prospektində - əsas yolda (Bağırov körpüsünün yaxınlığı) “Koroğlu” metrosu istiqamətində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində nəqliyyat vasitələrinin sıxlığı yaranıb. Sürücülərə alternativ olaraq Heydər Əliyev prospekti - kənar yoldan istifadə etmələri tövsiyə olunur.

 

***

10.34

Bakının Heydər Əliyev prospektində zəncirvari qəza baş verib. APA-nın xəbərinə görə, “Mercedes” “BMW” və “Toyota-Prado” markalı avtomobillərin toqquşması nəticəsində yolda böyük tıxac yaranıb. Yol polisi üzü şəhər istiqamətində nəqliyyatın hərəkətini tənzimləməyə çalışsa da, şəhərdən “Koroğlu” metrosu istiqamətində hərəkət tam dayanıb.

 

Qəza zamanı xəsarət alan olmayıb.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1650

Oxşar yazılar