Zaqatalada yol qəzası: bir nəfər xəsarət alıb - YENİLƏNİB
03 iyul 2014 10:30 (UTC +04:00)

Zaqatalada yol qəzası: bir nəfər xəsarət alıb - YENİLƏNİB

0
Zaqatalada baş verən yol qəzasında bir nəfər xəsarət alıb.

APA-nın Şəki-Zaqatala bürosunun məlumatına görə, bir nəfərin yaralanması ilə nəticələnən yol qəzası Yevlax-Zaqatala-Gürcüstan magistral yolunun 106-cı kilometrliyində,  Zaqatala rayonu ərazisindən keçən hissəsində,  Lahıc çayı üzərindəki körpüdə baş verib.

 

1989-cu il təvəllüdlü, Balakən şəhər sakini Fərrux Fərhad oğlu Məsiyev idarə etdiyi “VAZ 21099” markalı “07 BA 105” dövlət nömrə nişanlı avtomobillə Balakən rayonu istiqamətində hərəkətdə olarkən yolun əks istiqamətinə çıxması səbəbindən maşını qarşı tərəfdən Qax rayonu istiqamətində hərəkətdə olan Gürcüstan Respublikasının Loqodexi rayon sakini, Papiaşvili Quram Vladimiroviçin idarə etdiyi avtomobilə çırpıb.

 

Baş vermiş qəza nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alan  Fərrux Məsiyev Zaqatala Rayon Mərkəzi Xəstəxanasına (RMX) aparılıb.

 

Zaqatala RMX-dan APA-ya verilən məlumata görə, qəza nəticəsində xəstəxanaya daxil olan Fərrux Məsiyevin vəziyyəti orta-ağır hesab olunur, müalicəsi xəstəxanada davam etdirilir. Faktla bağlı Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat bölməsində cinayət işi başlayıb, araşdırma aparılır.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1076

Oxşar yazılar