Zaqatalada və İmişlidə yanğın
09 may 2016 05:22 (UTC +04:00)

Zaqatalada və İmişlidə yanğın

0

Zaqatalada və İmişlidə yanğın hadisəsi qeydə alınıb.

 

Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Zaqatala şəhərində  vətəndaşa məxsus həyətyanı sahədə, ümumi sahəsi 16 kv.m olan hamamın dam örtüyünün yanar konstruksiyaları 8 kv.m sahədə yanıb. Hamamın qalan hissəsi və yaxınlıqdakı ev yanğından mühafizə olunub. Yanğın saat 03:28-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

 

İmişli rayonu, Bəcirəvan kəndində isə vətəndaşa məxsus ümumi sahəsi 90 kv.m olan birmərtəbəli 4 otaqlı evin dam örtüyünün yanar konstruksiyaları 2 kv.m sahədə və həyətyanı sahəyə yığılmış 3 ton ot tayasının 1 tonu yanıb. Evin və ot tayasının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 04:12-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 338

Oxşar yazılar