Zaqatalada 53 yaşlı qadın göbələkdən zəhərlənib
14 oktyabr 2014 00:33 (UTC +04:00)

Zaqatalada 53 yaşlı qadın göbələkdən zəhərlənib

Zaqatala sakini göbələkdən zəhərlənib. Zaqatala Rayon Mərkəzi Xəstəxanasından (RMX) APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, rayonun Yuxarı Tala kənd sakini, 1961-ci il təvəllüdlü  Tahirə Əziz qızı Əhmədova oktyabr ayının 13-ü  güclü zəhərlənmə diaqnozu ilə xəstəxanaya daxil olub.

 

Həkim müayinəsindən sonra məlum olub ki, 53 yaşlı  qadın göbələkdən zəhərlənib. Tahirə Əhmədovanın vəziyyəti ağır olduğundan ona xəstəxanada lazımi ilkin tibbi yardım göstərildikdən sonra müalicəsini davam etdirmək üçün Respublika Toksikoloji Mərkəzinə göndərilib.   

 

Qeyd edək ki, Zaqatalada göbələkdən zəhərlənmə  son 4 gün ərzində ikinci hadisədi. Oktyabr ayının 11-i rayonun  Suvagil kənd sakini, 1991-ci il təvəllüdlü  Brilyant Rəsul qızı Məlikova da göbələk zəhərlənməsi ilə Zaqatala RMX-na daxil olub və elə həmin gün müalicəsini davam etdirmək üçün Respublika Toksikoloji Mərkəzinə göndərilmişdi. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 823
avatar

Oxşar yazılar