Yuyucu toz qutusundan psixotrop maddə çıxdı
12 iyul 2018 11:37 (UTC +04:00)

Yuyucu toz qutusundan psixotrop maddə çıxdı

Astara Gömrük İdarəsinin Sərnişin şöbəsində İran İslam Respublikasından piyada gələn Azərbaycan vətəndaşının əl yükü rentgen aparatıyla yoxlanılarkən monitorda şübhəli cizgilər görünüb.

 

Dövlət Gömrük Komitəsindən Lent.az-a daxil olan məlumata görə, bu səbəbdən həmin yükə təkrar baxış keçirilib. Nəticədə, vətəndaşa məxsus yuyucu toz qutusunda ümumi sayı 170 ədəd paketdə olmaqla, xalis çəkisi 183,652 qram təşkil edən metamfetamin və 1 ədəd kolba aşkar olunub.

 

Xatırladaq ki, metamfetamin "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin I Siyahısı"na daxildir.

 

Faktla bağlı araşdırma aparılır.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 245
avatar

Oxşar yazılar