Yük maşını qoyun sürüsünü qırdı - YENİLƏNİB
08 iyul 2014 12:42 (UTC +04:00)

Yük maşını qoyun sürüsünü qırdı - YENİLƏNİB

0

Bakı-Qazax avtomagistral yolunun 461-ci kilometrliyində, Ağstafa rayonunun Qırlı kəndi ərazisində heyvanların ölümü ilə nəticələnən hadisə baş verib.


 

APA-nın qərb bürosunun verdiyi məlumata görə, sürətlə gələn TIR kənd sakini Samir İlqarova məxsus qoyun sürüsünə girib. Nəticədə 5 qoyun hadisə yerində tələf olub, bir neçəsi isə yaralanıb.

 

Türkiyə Respublikasına aid dövlət nömrə nişanlı avtomobilin sürücüsü hadisə yerindən qaçıb. Kənd sakinlərinin dediyinə görə, hadisə baş verən ərazidə yol nişanları radar quraşdırılmasına baxmayaraq, bəzi sürücülər burada yüksək sürətlə hərəkət edirlər.

 

Qeyd edək ki, təxminən 3 həftə öncə Bakı-Qazax avtomagistralının Dağ Kəsəmən kəndi ərazisində oxşar qəza baş verib. Hadisə nəticəsində 11 baş iribuynuzlu mal-qara tələf olub.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1877

Oxşar yazılar