Gəncədə avtomobil piyadanı vurub.
APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə şəhərin Nizami Gəncəvi prospektində baş verib.
Yolu keçmək istəyən şəhər sakini, 1989-cu il təvəllüdlü Səfərov Şakir Osman oğlunu avtomobil vurub. Sürücü vurduğu piyadanı xəstəxanaya aparıb. Ş.Səfərovun vəziyyətinin orta-ağır olduğu bildirilir.
Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.