Yol polisi xidməti avtomobili ilə piyadanı vurdu
12 avqust 2014 11:03 (UTC +04:00)

Yol polisi xidməti avtomobili ilə piyadanı vurdu

0
Bakıda yol polisi əməkdaşı qəza törədib.

 

Xəzər Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə Qala qəsəbəsində qeydə alınıb.

 

Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin əməkdaşı, polis serjantı İlkin Lətifov idarə etdiyi BMW markalı, 10 YP 592 dövlət nömrə nişanlı xidməti avtomobili ilə piyada Rövşən Əlizadəni vurub. Ağır xəsarətlər alan piyada xəstəxanaya yerləşdirilib.

 

Faktla bağlı araşdırma aparılır. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2077

Oxşar yazılar