Avtomobil qaçırmış Lənkəran şəhər sakini tutulub. Lent.az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, aprelin 26-da Lənkəran rayonunun Qumbaşı kəndindən kənd sakini Sənan Məmmədova məxsus “Lada” markalı avtomobil qaçırılıb.
Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində hadisəni törətmiş şəhər sakini Fərrux Zeynalov Salyan rayonu ərazisində saxlanılaraq aidiyyatı üzrə təhvil verilib.
Lənkəran ŞRPŞ tərəfindən araşdırma aparılır.