Yevlaxda raket tapıldı
01 iyul 2018 01:44 (UTC +04:00)

Yevlaxda raket tapıldı

Yevlaxda raket aşkarlanıb.Lent.az-ın Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) istinadən verdiyi xəbərə görə, iyunun 30-da DİN-in ″102″ Xidməti-Zəng mərkəzi sistemindən və FHN-in Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən ANAMA-ya Yevlax şəhəri, Kür çayının sahilində 1 ədəd mərminin tapılması barədə məlumatlar daxil olub.

 

Məlumatlara əsasən Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu və Yevlax şəhər Polis şöbəsinin əməkdaşları dərhal həmin əraziyə göndərilib.

 

Agentliyin mütəxəssisləri və Daxili İşlər Nazirliyinin Yevlax şəhər Polis şöbəsinin əməkdaşları tərəfindən birlikdə yuxarıda adı qeyd olunmuş əraziyə baxış keçirilib. Aparılan təcili təxirəsalınmaz operativ əməliyyat-axtarış tədbirləri nəticəsində Agentliyin mütəxəssisləri tərəfindən 1 ədəd PQ-7S raketi aşkar olunub, zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

 

Raketin tapıldığı yerin ətrafında 600 kv.m əraziyə yerüstü baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 278
avatar

Oxşar yazılar