Aprelin 19-na keçən gecə Yevlax rayon Telekommunikasiya Qovşağına məxsus kabelin 100 metrlik hissəsini kəsərək oğurlamış rayon sakini tutulub. Lent.az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, Yevlax RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində aprelin 19-na keçən gecə Qoyunbinəsi kəndində rayon Telekommunikasiya Qovşağına məxsus kabelin 100 metrlik hissəsini kəsərək oğurlamış kənd sakini Azər Quliyev tutulub. Ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun aprelin 20-nə keçən gecə həmkəndlisi Famil Xəlilova məxsus qaynaq sexindən qapının qıfılını sındırmaq yolu ilə təmir-tikinti alətləri oğurlaması da müəyyən edilib.
Bundan başqa Yevlax RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cari il mart ayının 28-nə keçən gecə rayon sakini Müzəffər Həmidovun evindən velosiped və məişət əşyaları oğurlamış həmyerliləri Elnur Aslanov və Məhəmməd Manafov tutulublar.