Salyanda, Kür çayının Pambıqkənd kəndi ərazisindən keçən hissəsində bir nəfər batıb.
Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən məlumatına görə, nazirliyin dalğıc-xilasediciləri hadisə yerinə cəlb olunub və axtarışlara başlayıb.
Batan 1997-ci il təvəllüdlü Amil Baxış oğlu Baxışovun cəsədi FHN-in Dövlət Sularda Xilasetmə Xidmətinin dalğıc-xilasediciləri tərəfindən batdığı yerdən 50 metr aralıda tapılaraq, sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.