Yeni baş məşqçi Syomin yox, Rəhimov oldu
07 noyabr 2013 18:54 (UTC +04:00)

Yeni baş məşqçi Syomin yox, Rəhimov oldu

Rusiyanın Çeçenistan Respublikasını təmsil edən “Terek” futbol klubuna yeni baş məşqçi təyin olunub. Lent.az-ın klubun rəsmi “İnstagram” səhifəsinə istinadən məlumatına görə, bu, Rəşid Rəhimovdur.

 

Tacikistanlı mütəxəssislə 2 illik müqavilə bağlanılıb. O, uğursuz nəticələrlə əlaqədar istefaya göndərilmiş Yuri Krasnojanı əvəzləyib. Rəhimovun qarşısına Qroznı komandasını autsayderlər qrupundan çıxarmaq tapşırığı qoyulub. Hazırda “Terek” 15 oyundan 9 xalla 16 komanda arasında 15-ci pillədə qərarlaşıb.

 

Bu vəzifəyə mümkün namizədlər qismində hazırda “Qəbələ”yə rəhbərlik edən Yuri Syominin də adı hallandırılırdı. Lakin 66 yaşlı mütəxəssis Çeçenistan prezidenti Ramzan Kadırovun təklifinə mənfi cavab verib.

 

Qeyd edək ki, Rəşid Rəhimov baş məşqçilik karyerasına 2002-ci ildə Avstriyanın “Admira Vakker” klubunda başlayıb. 48 yaşlı mütəxəssis daha sonra Rusiyanın “Amkar” və “Lokomotiv” komandalarının da sükanı arxasına keçib. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1197
avatar

Oxşar yazılar